02 iyun 2025 10:22
176

ABŞ-da dinc aksiyaya “molotov kokteyli” atılıb

ABŞ-ın Kolorado ştatında bir nəfərin molun qarşısında nümayiş keçirən insanların üzərinə alışqan maddələr atmasın nəticəsində səkkiz nəfərin xəsarət alıb.

“İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu İsrailli girovlara dəstək məqsədilə keçirilmiş dinc aksiyaya hücumu hələlik “terror aktı” kimi nəzərdən keçriir.

Şübhəli şəxs 45 yaşlı Misir vətəndaşı Muhamməd Səbri Süleymandır. Viza müddəti 2023-cü ildə bitmiş şübhəlinin nüayişçilərin üzərinə Molotov kokteylləri atdığı bildirilir. O sonradan hüquq mühafizə orqanları tərəfindən həbs olunub.

Faktla bağlı araşdırma aparılır.