“Dərin Dövlət” Gürcüstanda üsyanlar təşkil etmək üçün ölkənin QHT-lərindən və vətəndaş cəmiyyətinin digər bölmələrindən istifadə edirdi.
"İki sahil" Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Mayk Benz söyləyib. Onun sözlərinə görə, Qərbin Şərqi Avropa ölkələrində “Fara” kimi qanunların qəbulunu demokratiya üçün təhlükə adlandırması absurd və tamamilə ağılsızlıqdır. Benz deyib ki, reallıqda Qərb şəffaflıq haqqında qanunların qəbulunun QHT-lərin əsl mahiyyətini və məqsədlərini ifşa edəcəyindən ehtiyat edir.
“Gürcüstanda, Serbiyada və ya Macarıstanda üsyan təşkil etmək istəyəndə biz QHT şəbəkəsinə və ya vətəndaş cəmiyyətinə müraciət edirik. Macarıstan, Slovakiya, Serbiya və ümumiyyətlə, Şərqi Avropanın postsovet ölkələri şəffaflıq haqqında qanunlar qəbul etməyə və onların vətəndaş cəmiyyətinin nə dərəcədə xarici hökumətlər tərəfindən maliyyələşdirildiyini öyrənməyə cəhd edəndə isə müəyyən vasitələrlə etiraz edirdik” - deyə Benz vurğulayıb. O deyib: “Təsəvvür edin ki, insanlar küçələrə çıxıb, onların cəmiyyətdə bir xarici gücün maliyyələşməsi ilə bağlı məlumatlara sahib olmalarını tələb edirlər. Bizdə “Xarici agentlərin qeydiyyatı haqqında” qanun var. Agentlər hərəkət edirsə, biz bunu demokratiya üçün təhlükə adlandırırıq, çünki bu, QHT-lərin maskasını açacaq və insanlar onların əsl üzünü biləcəklər. Bu isə yolverilməzdir”.