30 may 2025 02:27
158

Səudiyyə Ərəbistanı və Küveytin yeni neft kəşfi

Səudiyyə Ərəbistanı və Küveyt- bölgədə hasilatı bərabər şəkildə bölüşən OPEK-in iki “ağır çəkili” üzvü arasında Bölünmüş Zona (PZ) adlanan ərazidə yeni neft kəşfi elan edilib.

Səudiyyə Ərəbistanı və Küveyt bazar ertəsi Vafra Ortaq Əməliyyatlarının Vafra yatağından 5 kilometr (3,1 mil) şimalda yerləşən Şimali Vafra Vara-Burgan yatağında yeni neft kəşf etdiyini açıqlayıb.

Bölünmüş Neytral Zona (PNZ) ərazi mübahisəsini həll etmək üçün 1922-ci ildə Səudiyyə Ərəbistanı ilə Küveyt arasında yaradılıb, xam neft isə ilk dəfə 1950-ci illərdə Vafrada aşkar edilib.

"Bu, 2020-ci ilin ortalarında Bölünmüş Zona və ona bitişik dəniz sahəsində hasilat əməliyyatlarının bərpasından sonra ilk kəşfdir", - Səudiyyə Ərəbistanı bildirib.

“Kəşfin hər iki ölkənin etibarlı qlobal enerji təchizatçısı kimi mövqeyinə və kəşfiyyat və hasilat sektorundakı imkanlarına müsbət təsirini nəzərə alsaq, çox əhəmiyyətli hesab edilir”.

 Xatırladaq ki, bu ayın əvvəlində Küveyt Neft Korporasiyasının sədr müavini və baş icraçı direktoru Şeyx Navaf Əl-Sabah bildirib ki, növbəti beş il ərzində neft hasilat gücünü sutkada 3 milyon bareldən yuxarı qaldırmaq üçün 50 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Küveytin dövlət korporasiyasının 2040-cı il üçün strategiyası OPEK istehsalçısının Bölünmüş Zonada tutum da daxil olmaqla, davamlı xam neft hasilat imkanlarını sutkada 4 milyon barelə çatdırmağı nəzərdə tutur. OPEK-in qurucu üzvü Küveyt Səudiyyə Ərəbistanı, İraq, İran və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) sonra kartelin beşinci ən böyük istehsalçısıdır.

Nubar Süleymanova, “İki sahil”