Rusiya müharibənin 1191-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 60 318 PUA-sı, 607 zenit-raket kompleksi, 23 631 tank və digər zirehli texnikası, 1 565 reaktiv yaylım atəş sistemi, 25 391 artilleriya və minaatanı, 36 138 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.