“Vahid Rusiya” partiyasının regional bölməsinin üzvləri respublika rəhbəri vəzifəsinə ilkin səsvermə üçün Tatarıstanın hazırkı reisi Rüstəm Minnixanov və rusiyalı senator Aleksandr Terentyevin namizədliyini irəli sürməyi təklif ediblər.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə partiyanın Tatarıstan şöbəsinin regional siyasi şurasının rəyasət heyətinin iclasında Tatarıstan Dövlət Şurasının sədri Fərid Muxametşin məlumat verib.
İyunun 16-na ilkin səsvermə üçün namizədlərlə görüş təyin edilib. Görüş zamanı Rəyasət Heyəti Tatarıstan rəisliyinə seçkilər üçün bir namizədi müəyyənləşdirəcək və onu təsdiq üçün partiyanın ümumi şurasının rəyasət heyətinə göndərəcək.