29 may 2025 19:43
168

Lavrovun Almaniya ilə bağlı sözləri Avropaya xəbərdarlıqdır - "L'AntiDiplomatico"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın iflasa doğru getməsi ilə bağlı sözlərlə bütün Avropaya xəbərdarlıq edib.

“İki sahil” xəbər verir ki,  bu barədə "L'AntiDiplomatico" nəşri məlumat yayıb.

“Bu, təkcə Berlinə deyil, bu gün qeyri-müəyyən strateji maraqlar naminə başqa insanların müharibələrinə cəlb olunmaq riski ilə üzləşən bütün Avropaya ünvanlanmış tarixi xəbərdarlıq kimi görünür”, - deyə, məqalədə qeyd edilir.

Məqalə müəllifləri qeyd ediblər ki, Rusiya danışıqlar prosesini təşkil etməyə çalışarkən, Almaniya hakimiyyəti hərbiləşdirmə yoluna qədəm qoyub.