İraqın “Midland” neft şirkəti (MdOC) yataqdan neft və qaz hasilatını artırmaq üçün Rusiyanın “Qazprom” şirkəti və onun konsorsium tərəfdaşları ilə cümə axşamı günü “Badra” neft yatağına xidmət müqaviləsinə ilk düzəlişi imzalayıb.
İmzalanma mərasimində neft nazirinin hasilat məsələləri üzrə müavini Bassem Mohammed Xudair, Rusiyanın Bağdaddakı səfiri Elbrus Kutraşev və İraqın neft sektorunun bir sıra yüksək vəzifəli rəsmiləri iştirak ediblər.
Xudair Neft Nazirliyinin milli neft mədənlərində hasilat əməliyyatlarını davam etdirmək və İraqda fəaliyyət göstərən beynəlxalq şirkətlərin işini dəstəkləmək öhdəliyini vurğulayıb.
“MdOC”un baş direktoru Mohammed Yassin bildirib ki, düzəliş müqavilənin qalan müddətində istehsal dərəcələrini yüksəltmək və bununla da dövlət gəlirlərini artırmaq məqsədi daşıyır.
Nubar Süleymanova, “İki sahil”