23 may 2025 14:53
113

Moldovada "Rus Evi" haqqında sazişin ləğvi ilə bağlı layihə parlamentə göndərilib

Moldova Mədəniyyət Nazirliyi Kişinyovda "Rus Evi"nin fəaliyyəti ilə bağlı Rusiya ilə 1998-ci ildə bağlanmış müqavilənin denonsasiyası haqqında qərar layihəsini parlamentə göndərib.

“İki sahil” xəbər verir ki,  TASS bu barədə Moldova parlamentinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

“Moldova Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında saziş denonsasiya edilir”, - deyə məlumatda bildirilir.

Müvafiq məsləhət xarakterli rəyin Xarici Siyasət və Avropaya İnteqrasiya Komitəsinin üzvləri tərəfindən təsdiqləndiyi bildirilir.