23 may 2025 08:59
98

Danimarka pensiya yaşını 70-ə qaldıracaq

Danimarka Parlamenti pensiya yaşını 2040-cı ilə qədər 70-ə qaldıran qanunu qəbul edib.

İki sahil” xəbər verir ki, bu qərarla Danimarka Avropada ən yüksək pensiya yaşına malik ölkə olacaq.

Danimarka 2006-cı ildən etibarən pensiya yaşını gözlənilən ömür uzunluğuna görə müəyyən edir və bu yaş həddini hər beş ildən bir yenidən nəzərdən keçirir.

Hazırda 67 olan qanuni pensiya yaşı 2030-cu ildə 68-ə, 2035-ci ildə isə 69-a yüksələcək. Yeni qaydaya əsasən, pensiya yaşı 1971-ci il yanvarın 1-də və ya ondan sonra doğulan hər kəs üçün 70 olacaq.

Qanun cümə axşamı 81 lehinə və 21 əleyhinə səslə təsdiqlənib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”