Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqı Şurasında gözlənilən dinləmələrə münasibət bildirib. Həmin dinləmələr nəticəsində Macarıstan səsvermə hüququnu itirə bilər. Kreml nümayəndəsinin fikrincə, bu, Avropa İttifaqındakı ziddiyyətlərdən xəbər verir.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Onun sğzlərinə görə, daha müstəqil, suveren siyasətin tərəfdarları olanlar bir sıra Avropa ölkələrində qətiyyən bəyənilmir.