Rusiyanın Lefkoşadakı səfirliyindin məlumatına görə, 1985-ci il təvəllüdlü Rusiya vətəndaşı Serajudin Aktulayev Kiprdə saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Rusiya diplomatik missiyası məhbusun Kiprdə yaşayan qohumları ilə əlaqə saxlayır”, - deyə, məlumatda qeyd edilib.
Kipr polisi agentliyə bildirib ki, Rusiya vətəndaşı mayın 22-də saxlanılıb və onun ABŞ-ın təşəbbüsü ilə beynəlxalq həbs orderi var.