19 may 2025 23:58
116

Milli-mənəvi sərvətimiz

Astara rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir “18 May-Beynəlxalq Muzeylər Günü” nə həsr olunmuşdu. Astara şəhər 5 saylı, F. Əliyarov adına 6 saylı tam, Bala Şahağac, Ş. Əliyev adına Rüdəkənar kənd ümumi orta məktəblərinin müəllim və şagirdlərin qatıldığı tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dövlət Himninin sədaları altında başlayan tədbirdə Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək dedi: - Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətin qayğısına qalmış, onun gələcək nəsillərə çatdırılması üçün əlindən gələni etmişdir. Dahi rəhbərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımovanın məruzəsi də tədbir iştirakçıları tərəfindən maraqla dinlənildi.

Həmçinin “Ulu Öndər Heydər Əliyev və muzeylərimiz” adlı qısa sənədli film nümayiş olundu, rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü