Doğma yurdum Ağdam mənim üçün hər yerdən, hər məkandan daha əzizdir.
“İki sahil” xəbər verir ki, bunu Ağdam sakini Babayev Əjdər deyib.
Onun sözlərinə görə, 32 il öncə öz yurdunu tərk etmək məcburiyyətində qalıb.
"Allah heç kimi vətənsiz eləməsin. İndi öz yurduma qayıtdığım üçün çox sevinirəm. Allah Prezidentimizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.