20 may 2025 09:30
90

Çaylarda sululuq artıb

Avtomat hidroloji stansiyaların mayın 20-si saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Böyük Qafqaz ərazisindən axan Qusarçayda 11 sm, Qudiyalçayda 5 sm, Vəlvələçayda 2 sm, Kiçik Qafqaz ərazisindən axan Qabırrı çayda 5 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçayda isə 12 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 5 sm artıb, su sərfi 401 m3/san olmaqla normanın 198%-ni təşkil edir.