20 may 2025 08:49
86

Ağdam sakini: Doğma Kəngərliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Doğma yurdum Kəngərliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur.

“İki sahil” xəbər verir ki, bunu Ağdam sakini Hacıyeva Səkinə deyib.

Onun sözlərinə görə, uzun illər Ağdam həsrəti, doğma yurdun həsrətini çəkib.

"Bizi öz yurdumuza qaytaran cənab Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Allah onu var eləsin.
Ağdama qayıda biləcəyimizi eşitdiyimiz gündən bu günün gəlib çatmasını gözləyirdik", - deyə o bildirib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.