20 may 2025 08:44
86

Sumqayıtda avtobus avtomobillə toqquşub, dörd nəfər xəsarət alıb

Sumqayıt şəhərində sərnişin avtobusu minik avtomobil ilə toqquşub, 4 nəfər xəsarət alıb.

Hadisə Bakı küçəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Murtuzov Cavid Abbasəli oğlunun idarə etdiyi sərnişin avtobusu 1999-cu il təvəllüdlü Mirişov Mirhadi Mirismayıl oğlunun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə toqquşmadan yayına bilməyib.

Qəza nəticəsində avtobusun sərnişinləri - Sumqayıt şəhər sakinləri, 2007-ci il təvəllüdlü Şahbuzova Şəbnəm Akif qızı, 1967-ci il təvəllüdlü Şahbalayeva İlahə Mürvət qızı, 1994-cü il təvəllüdlü Şəmiyeva Lamiə Gülasət qızı və 2007-ci il təvəllüdlü Məmmədova Nuray Sərxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.

“Report”