15 may 2025 13:06
111

Almaniya və Filippin müdafiə sazişi imzalayıb

Mayın 15-də Almaniya və Filippin arasında “Müdafiə üzrə Əməkdaşlıq Sazişi” imzalanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Kommersant" məlumat yayıb.

Qeyd edilir ki, iki ölkə arasında kibertəhlükəsizlik, müdafiə silahları, maddi-texniki təchizat və BMT-nin sülhməramlı əməliyyatları çərçivəsində əməkdaşlıq məsələlərini əhatə edən sənədi iki ölkənin müdafiə nazirləri imzalayıblar.

Son illərdə Cənubi Çin dənizinin mübahisəli sularında Çinlə artan münaqişələr fonunda Manila ənənəvi təhlükəsizlik müttəfiqi ABŞ-dan kənara çıxaraq Pekinə qarşı çıxmaq üçün fəal şəkildə yeni ittifaqlar qurmağa çalışır.

Keçən ay Filippin Yeni Zelandiya ilə hərbi əməkdaşlığı genişləndirmək haqqında saziş imzalayıb. Ötən ilin dekabrında ölkə Yaponiya ilə analoji sazişi ratifikasiya edib. Filippin hazırda Kanada və Fransa ilə də hərbi əməkdaşlıq üzrə dialoq aparır.