15 may 2025 11:13
137

Gənc İstedadlar Proqramı iştirakçılarının Heydər Əliyev adına NEZ-ə səfəri təşkil olunub

SOCAR-ın Gənc İstedadlar Proqramı iştirakçılarının Heydər Əliyev adına Neft Emalı Zavoduna (NEZ) istehsalat səfəri təşkil olunub.

“İki sahil” xəbər verir ki, səfərin əsas məqsədi gənc mütəxəssisləri neft emalı sənayesində real iş mühiti ilə yaxından tanış etmək, onların nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirmək və sənaye sahəsində baş verən texnoloji proseslər haqqında məlumatlandırmaq olub.

Səfər çərçivəsində iştirakçılara neft emalı prosesinə dair geniş təqdimat edilib, texnoloji avadanlıqlar və onların işləmə mexanizmləri, zavodun fəaliyyət istiqamətləri, müasir texnologiyaların tətbiqi barədə ilkin məlumatlar verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.