NATO-nun baş katibi Mark Rutte üzv ölkələrin xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi görüşü zamanı alyansı “daha öldürücü” hala gətirməyə çağırıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Xarici işlər nazirləri NATO-nun daha ölümcül olmasını təmin etməlidirlər", - TASS onun sözlərindən sitat gətirib.
Baş katib vurğulayıb ki, alyans o qədər güclü olmalıdır ki, heç kim ona hücum etməyə cürət etməsin. Rutte üzv dövlətləri bu məqsədə çatmaq üçün müdafiə xərclərini artırmağa çağırıb.
“Biz NATO-nu necə gücləndirəcəyimizi müzakirə etməliyik - daha çox müdafiə xərcləri, daha çox hərbi sənaye istehsalı”, - deyə, o, qeyd edib deyib.