İran və "Avropa üçlüyü" ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqlar mayın 16-da İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Cümə günü İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində danışıqlar aparılacaq”, - deyə, o, jurnalistlərə bildirib.
Əraqçi vurğulayıb ki, İran tərəfi Avropa ilə dialoqa hazırdır: “Təəssüf ki, avropalıların özləri siyasətlərinə görə bu danışıqlarda bir qədər təcrid olunmuş vəziyyətdə qaldılar. Biz hadisələrin bu cür inkişafını istəmirik və danışıqları davam etdirmək qərarına gəldik”.
Mayın 2-də Tehran və Vaşinqton arasında nüvə proqramı üzrə danışıqlar ərəfəsində Romada iki tərəf arasında texniki məsləhətləşmələr keçirilməli idi, lakin görüş ərəfəsində Fransa Xarici İşlər Nazirliyinin rəhbəri onların baş tutmayacağını açıqlamışdı.