14 may 2025 15:36
113

Tramp Səudiyyə Ərəbistanından Qətərə gedib

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfərini başa vurub.

“İki sahil” xəbər verir ki, ABŞ liderini Ər-Riyad hava limanında Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman yola salıb.

Tramp yanvar ayında dövlət başçısı postuna yenidən gəldikdən sonra ilk dövlət səfərini etdiyi Səudiyyə Ərəbistanından Qətərə yola düşüb.