14 may 2025 16:07
116

İstanbul razılaşmaları Ukraynada nizamlanma üçün əsas ola bilər - Rusiya XİN

İstanbulda əldə edilmiş razılaşmaları Ukraynada nizamlanma üçün əsas ola bilər

“İki sahil” "Komersant"a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bəyan edib. 

Onun sözlərinə görə Rusiya və Ukrayna arasında 2022-ci ilin yazında İstanbulda keçirilən danışıqlarda əldə olunan razılaşmalar üç il ərzində düzəlişlər nəzərə alınmaqla, münaqişənin həlli variantına çevrilə bilər.

"Rusiya bildirir ki, bizim saziş layihəsi var, razılaşdırılmış mətnimiz var, siz bunu çox yaxşı bilirsiniz. Gəlin geri qayıdaq, son üç ildə yaranmış düzəlişləri edək, sonra bu sənədin imzalanmasına keçək və bu, münaqişənin həlli variantı olsun", - Rodion Miroşnik jurnalistlərə bildirib.

O, mayın 15-də Rusiya və Ukrayna arasında gözlənilən birbaşa danışıqları belə şərh edib.