13 may 2025 19:00
132

Bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır

Milli Hidrometeorologiya Xidmətinin mayın 13-ü saat 18:00-a olan məlumatına əsasən, bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

“İki sahil” xəbər verir ki, xidmətdən verilən məlumata görə, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Zaqatala, Balakən, Bərdə, Mingəçevir, Şəki, Qax və Qubada yağış yağır.

Zaqatalada qərb küləyinin sürəti arabir saniyədə 17 metrədək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında 24, Aran rayonlarında 25, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.