Cəlilabad Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Lənkəran-Astara regionu üzrə Spartakiadaya yekun vurulub.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadənin və rayon ictimaiyyətinin nümayəndələrinin qatıldığı mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və Vətən torpaqlarının azad olunması uğrunda şəhid olmuş qəhrəman oğlanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının dövlət himnin sədaları altında başlanan tədbiri giriş sözü ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov açaraq qonaqları və idmançıları salamlayıb, dövlət tərəfindən idmana, idmançılara göstərilən diqqət və qayğıdan danışıb, idmançıların qazandığı uğurlardan söz açıb və yarışda iştirak edən idmançılara uğurlar arzulayıb.
Tədbirdə çıxış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə gələn qonaqları və idmançıları salamlayaraq bildirib: - Tədbirin təşkilində əsas məqsədimiz Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün qeyd olunması və eyni zamanda sağlam həyat tərzinin təbliği və ayrı-ayrı yaş qruplarında olan insanları idmana cəlb etməkdir.
Həmçinin tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə mədəniyyət nümayəndəliyinin bədii özfəaliyyət kollektivin ifasında musiqi nümunələri səslənib.
Sonda Spartakiada çərçivəsində 5 idman növü üzrə keçirilən turnirlərdə 185 idmançı yarışıb.
Qalib idmançılara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən qalib idmançılara diplom və medalları verilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü