09 may 2025 11:20
129

Bill Qeytsdən maraqlı addım...

"Microsoft"un həmtəsisçisi, tanınmış xeyriyyəçi, milyarder Bill Qeyts 2045-ci ilə qədər sərvətinin böyük hissəsini başqalarına bağışlamağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, milyarder bildirib ki, onun fondu vasitəsilə dünyanın ən yoxsul insanlarına yardım üçün təxminən 200 milyard dollar köçürüləcək.

69 yaşlı Qeyts 2045-ci ilin sonuna qədər sərvətini bölüşdürmək və Qeyts Fondunu bağlamaq planlarını sürətləndirdiyini açıqlayıb.

O, “zəngin öldü” ifadəsini ehtiva etməyəcək bir miras buraxmaq istədiyini söyləyib.