09 may 2025 17:34
112

Ermənistanda müxalifət Paşinyanın impiçmenti təşəbbüsü ilə çıxış edib

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq votumu bildirilməsi prosesinə başlayıb.

“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə partiyanın sədri Ovik Ağazəryan feysbukdakı səhifəsində məlumat yayıb.

“Ermənistanın baş naziri Nikol Paşinyana qarşı etimadsızlıq votumu (impeçment) elan etmək proseduruna başlayırıq”, - o yazıb.

Ağazəryanın sözlərinə görə, yeni hökumət başçısı postuna namizədin adı mayın 20-də açıqlanacaq.