09 may 2025 17:04
112

Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini təsdiqləyib

Rumıniyanın Konstitusiya Məhkəməsi mayın 4-də keçirilmiş prezident seçkilərinin birinci turunun nəticələrini təsdiqləyib.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, ilk turda müxalif millətçi, “Rumınların Birliyi Uğrunda Alyans” partiyasının lideri George Simion qalib gəlib (səslərin 40,96 faizi), müstəqil namizəd, Buxarest meri Nikuşor Dan (20,27 %) ikinci olub.

Onlar mayın 18-də baş tutacaq ikinci turda rəqib olacaqlar.

Məhkəmə, həmçinin Simion və Danın seçicilərin iradəsinə təsir, sosial mediada ədalətsiz üstünlük qazandqlarını iddia edərək nəticələri etibarsız hesab etməyə çalışan keçmiş prezidentliyə namizəd Sebastyan Popeskunun şikayətini də rədd edib.

Məhkəmənin qərarından sonra ölkədə ikinci turun seçki kampaniyasına rəsmən start verilib.