Rumıniyada prezident seçkilərinin birinci turunda qalib gələn “Rumınların Birliyi Uğrunda Alyans” partiyasının lideri Corce Simion Ukraynaya verdiyi dəstəyə görə ölkəsinin təzminat almalı olduğunu bildirib.
“İki sahil” “İnterfaks”a istinadən xəbər verir ki, o, Kiyevə silah tədarükünün əleyhinə çıxış edərək onlara verilən “Patriot” zenit-raket kompleksinin və çəkilən digər xərclərin geri ödənilməli olduğunu vurğulayıb.
Simion qeyd edib ki, o, Ukrayna məsələsində neytrallığın və gərginliyin olmamasının tərəfdarıdır, həmçinin Donald Tramp administrasiyasının mövqeyi ilə razıdır.
O, həmçinin Aİ-nin Ukraynaya yardımına mane ola biləcəyini etiraf edərək, Rumıniyanın müdafiə sektorunda Aİ-yə yox, NATO-ya güvənməli olduğunu vurğulayıb.
Simionun rəqibi, Buxarest meri Nikuşor Dan isə əksinə, seçkilərdə qalib gələcəyi təqdirdə Kiyevi dəstəkləməyə davam etmək niyyətində olduğunu açıqlayıb.
Rumıniyada səsvermənin ikinci turu mayın 18-nə təyin edilib.