05 may 2025 09:46
89

Sumqayıtda silah-sursat aşkarlanıb

Sumqayıt şəhərində silah-sursat aşkarlanıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd alışdırıcı və 7 ədəd “Kalaşnikov” avtomatına məxsus patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.