05 may 2025 08:01
103

ABŞ ölkəyə daxil olan xarici filmlərə 100 faiz vergi tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp ölkəyə daxil olan xarici filmlərə 100 faiz vergi tətbiq edəcəyini açıqlayıb.

“İki sahil”in məlumatına görə, o bildirib ki, Amerikada Kino sənayesi çox sürətlə ölür və digər ölkələr amerikalı kinorejissorlar və studiyaları ABŞ-dan uzaqlaşdırmaq üçün müxtəlif stimullaşdırıcı təkliflər edirlər.

“Hollivud və ABŞ-ın bir çox digər əraziləri məhv olub. Bu, digər xalqların birgə səyi nəticəsində baş verib və deməli, milli təhlükəsizlik üçün təhdiddir. Buna görə də, mən Ticarət Departamentinə və Birləşmiş Ştatların Ticarət Nümayəndəliyinə xaricdə istehsal olunan və ölkəmizə gələn bütün filmlərə 100 faiz tarif tətbiq etmək prosesinə dərhal başlamağı tapşırıram. Biz yenə Amerikada çəkilmiş filmlər istəyirik”,- deyə o əlavə edib.