04 may 2025 10:36
106

Xaçmaz sakini qatar vurması nəticəsində ölüb

Xaçmaz sakini qatar vurması nəticəsində ölüb.

“İki sahil” xəbər verir ki, hadisə mayın 4-də saat təxminən 03:00 radələrində Xaçmaz şəhəri ərazisində, dəmiryolu üzərindən keçən avtomobil körpüsünün yaxınlığında qeydə alınıb.

Xaçmaz sakini Abdullayev Kənan Mehrab oğlu dəmiryol xəttində qatarın altında qalması nəticəsində ölüb.

K.Abdullayev ailəli idi, bir azyaşlı övladı var.

Faktla bağlı araşdırma başlanılıb.