01 may 2025 20:06
116

Naxçıvan məktəblisi ilk dəfə olaraq Respublika Fənn Olimpiadasında informatika fənni üzrə qalib oldu

İnformatika fənni üzrə Respublika Fənn Olimpiadasının final mərhələsinin nəticələri elan olunub.

“İki sahil” xəbər verir ki,  Olimpiadanın Bakı şəhərində keçirilən final mərhələsində  iştirak edən Kəngərli rayon Qıvraq Qəsəbə tam orta məktəbinin X sinif şagirdi Oruc Cabbarlı Naxçıvanda ilk dəfə olaraq  informatika fənni üzrə III yerin qalibi olub.

Qeyd edək ki,  bu  muxtar respublikada  informatika fənni üzrə  qazanılan ilk medaldır. 

Məlumat üçün bildirək ki, Oruc Cabbarlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən olimpiadalarda istedadlı şagird kimi aşkarlanmış və Azərbaycan Respublikası  Təhsil İnstitutu tərəfindən təşkil olunan kurslara cəlb olunmuşdur.