30 aprel 2025 14:34
119

Çin həmin qanunu QƏBUL ETDİ

Çin iqtisadiyyatın qeyri-dövlət sektorunun inkişafına yönəlmiş ölkənin ilk fundamental qanununu qəbul edib.

“İki sahil” Sinxua agentliyinə istinadla xəbər verir ki, hakimiyyət güclü dəstək tədbirləri və ədalətli hüquqi baza vasitəsilə özəl sahibkarlığın inkişafına kömək edəcək.

Xüsusilə, yeni qaydalar ədalətli rəqabət sisteminin tətbiqi vasitəsilə özəl biznesə investisiyaları təşviq edir. Dövlət bütün növ təsərrüfat subyektlərinin, o cümlədən özəl qurumların bərabər əsaslarla fəaliyyət göstərməsinə zəmanət verir.

Yeni strateji sənaye sahələrində startapların işə salınmasına özəl müəssisələrin fəal şəkildə cəlb edilməsi və ənənəvi sənayelərin texnoloji transformasiyası və modernləşdirilməsinin təşviq edilməsi planlaşdırılır. Qanun 2025-ci il mayın 20-də qüvvəyə minəcək.