28 aprel 2025 17:01
104

Çin aprel ayında rekord həcmdə mayeləşdirilmiş təbii qaz reeksport edib

Çin aprel ayında 280 min ton mayeləşdirilmiş təbii qazı reeksport (təkrar ixrac) edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” “Kpler” analitik şirkətinin məlumatlarına istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, bu, ay ərzində Çinin ümumi idxalının 7,7%-nə bərabərdir.

Məqalədə deyilir ki, təkrar ixracın belə yüksək səviyyəsi, ehtimal ki, qışın mülayim keçməsi və böyük ehtiyatlar səbəbindən daxili tələbatın zəifləməsi ilə bağlıdır.

Bundan əvvəl “Financial Times” Çinin ABŞ-dan mayeləşdirilmiş təbii qaz almasını dayandırdığını yazmışdı.