Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən Aşqabaddakı “Yıldız” mehmanxanasında müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Səfirlik məlumat yayıb.
Bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov qonaqları salamlayıb, Ramazan ayının gəlişi münasibətilə iştirakçıları təbrik edib. Bu müqəddəs ayın islam dünyasında həmrəyliyin, xeyirxahlığın və mərhəmətin təcəssümü olduğunu vurğulayıb. Səfir, Azərbaycanın İslam dəyərlərinə və həmrəyliyinə böyük önəm və töhfə verən əsas ölkələrdən biri olduğunu vurğulayıb. Habelə, dini tolerantlığın ölkəmizdə həyat tərzi olduğunu diqqətə çatdırıb. Həmçinin, iftar süfrəsinin həmrəyliyi və İslam dəyərlərinin ucalığını bir daha nümayiş etdirmək, dostluq və əməkdaşlığı təşviq etmək olduğunu bildirib.
İftar mərasimində Türkmənistanın baş müftisi Yalkab Xocaquliyev, eləcə də ölkədə akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri və onların ailə üzvləri iştirak edib. Baş müfti Yalkab Xocaquliyev mərasimdə müqəddəs Ramazan ayının əhəmiyyətinə dair dualar oxuyub.
İftar süfrəsində Azərbaycan milii mətbəxinin ənənəvi yemək və şirniyyatları təqdim olunub.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir