Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 28-də Bakıda nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
“İki sahil” xəbər verir ki, geniş oxucu kütləsinə malik “sputnik-georgia.ru”, “imedinews.ge”, “realnews.ge”, “aktual.ge”, “qafqazturk.com”, “24news.ge” portalları, “1tv.ge”, “imedi TV” televiziya kanalları dövlətimizin başçısının çıxışından materiallar yayıblar.
Materiallarda Bakı-Tbilisi-Qars layihəsinin icrası zamanı ölkəmizin qarşılaşdığı böyük müqavimətlər, Gürcüstana qarşı olan təzyiqlər, eləcə də Zəngəzur dəhlizi, Ermənistan ilə sülh müqaviləsinin taleyi barədə Prezident İlham Əliyevin fikirləri əksini tapıb.
Prezident İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
Prezident: Bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir