Azərbaycan Mərkəzi Bankı (AMB) və Harvard Universiteti arasında ölkəmizdə rəqəmsal maliyyə xidmətləri üzrə görülən işlər müzakirə edilib.
“İki sahil” AMB-yə istinadən xəbər verir ki, qurumun sədri Taleh Kazımov Universitetin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla görüş keçirib. Görüş çərçivəsində AMB-nin pul siyasətinin ötürücülüyünün gücləndirilməsi, maliyyə sektorunun dayanıqlılığının daha da artırılması və maliyyə vastiçəliyinin genişləndirilməsi, xüsusilə də rəqəmsal maliyyə xidmətləri üzrə görülən işlər barədə geniş müzakirələr aparılıb.
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib
Ölkədə dəmir yolu və avtomobil nəqliyyatı sahəsinə dair yeni dövlət standartları qəbul edilib
ARDNF-in investisiya portfelində "AAA" reytinqli aktivlərin payı 27 %-ə yaxındır