Yanvarın 27-də Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İlk iclasa sədrlik edən parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid bildirib ki, “Azərbaycan Respublikasının Milli Məclisinin yanında Toponimiya Komissiyası haqqında” Əsasnaməyə görə, Toponimiya komissiyasının ilk iclasında təşkilati məsələlərə baxılır. Müvafiq olaraq bugünkü iclasın gündəliyinə də komissiyanın sədri, sədr müavini və katibin seçilməsi məsələsi daxil edilib.
İclasda komissiyanın sədri vəzifəsinə AMEA-nın prezidenti İsa Həbibbəylinin, komissiyanın sədr müavini vəzifəsinə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin, komissiyanın katibi vəzifəsinə isə Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Cavid İskəndərovun namizədlikləri irəli sürülüb.
İclasda komissiya üzvləri – deputatlar Musa Quliyev, Anar İsgəndərov, Hikmət Məmmədov, Elnarə Akimova və Əziz Ələkbərov, AMEA-nın prezidenti İsa Həbibbəyli, akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri Elçin İsmayılov çıxış ediblər.
Çıxışlarda hər üç şəxsin namizədliyi dəstəklənib, Azərbaycan toponimiyasının bəzi aktual məsələləri ilə bağlı fikirlər səsləndirilib.
Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.
Rusiya mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 26 məsələ müzakirə ediləcək
Şuşa Qlobal Media Forumu: Yeni çağırışların, dünya gündəminin müzakirəsi üçün nüfuzlu platforma
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb