Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı Türkiyə xalqına başsağlığı verib.
YAP-ın rəsmi sosial media hesablarında paylaşılan başsağlığında qeyd edilib: “Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində insanların həlak olması və yaralanması xəbərindən son dərəcə kədərləndiyimizi bildiririk. Faciədə həyatını itirənlərin ailələrinə, yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirik”.
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir