Yanvarın 21-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya Respublikasına rəsmi səfərə edib.
Bu barədə "İki sahil"ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Roma şəhərinin “Ciampino” aeroportunda nümayəndə heyətini İtaliya Deputatlar Palatası Xarici əlaqələr komissiyasının üzvü Naike Qruppioni, Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın bir sıra görüşləri nəzərdə tutulur.
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir