Azərbaycan qılıncoynadanları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar.
“İki sahil” xəbər verir ki, Murad Əkbərov, Maqsud Hüseynli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət milli 23 yaşadək sablyaçıların komanda yarışında ikinci yer tutub.
İlk görüşündə İspaniya yığmasını 45:42 hesabı ilə məğlub edən sablyaçılar ardınca Böyük Britaniya kollektivinə 45:37 hesabı ilə qalib gəliblər. Komanda finalda Bolqarıstan yığmasına 35:45 hesabı ilə uduzaraq "EFC FFE Circuit" turnirinin gümüş medalını qazanıb.
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursu keçirilir