Yaponiya NATO yanında ayrıca daimi nümayəndəlik açıb.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Əvvəllər nümayəndəliyin funksiyalarını Yaponiyanın Belçikadakı səfirliyi yerinə yetirirdi.
"Yaponiya və NATO fundamental dəyərləri və strateji maraqları bölüşən tərəfdaşlardır. Yaponiya ilə NATO arasındakı münasibətlər son illərdə inkişaf edib", - nazirliyin məlumatında bildirilib.
Alyans yanında daimi nümayəndə vəzifəsinə Seneqaldakı keçmiş səfir Osamu İzava təyin edilib.
Dövlət Departamenti Rubionun İnfantino ilə danışıqlar aparacağı barədə xəbəri təkzib edib
Avstriyada yay ərzində ikinci dəfə maksimal hava təhlükəsi səviyyəsi elan edilib