ABŞ Dövlət Departamenti «New York Post» qəzetinin xarici siyasət idarəsinin rəhbəri Marko Rubionun FİFA prezidenti Canni İnfantino ilə telefon danışığı aparmaq niyyətində olması barədə yaydığı məlumatı təkzib edib.
“İki sahil” xəbər verir ki, bu barədə Rubionun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Dilan Conson «X» sosial şəbəkə hesabında yazıb
"Dövlət katibi Rubionun İnfantino ilə danışmaq planı yoxdur, bu səhər heç bir telefon danışığı nəzərdə tutulmayıb", - deyə, o, qeyd edib.
Daha əvvəl «New York Post» mənbələrə istinadla Canni İnfantinonun tutduğu vəzifəni qoruyub saxlamaq üçün ABŞ Prezidenti Donald Tramp administrasiyasının dəstəyini almağa çalışdığını xəbər vermişdi. Nəşrin iddiasına görə, İnfantino bazar ertəsi günü Rubio ilə həmsöhbət olmalı və futbolun «Amerikanın yumşaq gücünün bir hissəsi olacağını» müzakirə etməli idi.
İnfantino FİFA-dakı qalmaqal fonunda bir neçə dəfə Tramp ilə birbaşa telefonla əlaqə saxlamağa cəhd göstərib.
Qeyd edək ki, FİFA prezidenti Dünya Çempionatının hüquqlarının bir hissəsini xüsusi investorlara satmağı təklif etdikdən sonra kəskin tənqidlərə məruz qalıb . Layihə FİFA-nın əsas kişi və qadın yarışlarına nəzarət edəcək yeni şirkətin yaradılmasını nəzərdə tuturdu. İnfantinonun fikrincə, bu addım üzv assosiasiyaların gəlirini artıracaq və futbolun inkişafına 4,2 milyard dollar investisiya cəlb edə bilərdi. Bu təşəbbüs futbol funksionerləri və federasiyalar tərəfindən kəskin etirazla qarşılanıb.
Böyük Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxılışını həyata keçirib
Ərdoğan; Münaqişələr, savaşlar və böhranlar Türkiyə ilə ABŞ-nin yaxın dialoq qurmasını labüd edir
Fransa və ABŞ Hörmüz boğazı üzrə səyləri əlaqələndirmək barədə razılığa gəlib
Vens: Ukrayna münaqişəsi hazırda nizamlanması ən çətin olan beynəlxalq münaqişədir
Ərdoğan: Ankara Liviyanın maraqlarına uyğun olmayan heç bir formula razı olmayacaq