22 sentyabr 2026 08:37
84

Ərdoğan; Münaqişələr, savaşlar və böhranlar Türkiyə ilə ABŞ-nin yaxın dialoq qurmasını labüd edir

Türkiyə ABŞ ilə strateji münasibətləri iqtisadi və ticarət əlaqələrindən ayrı düşünə bilmir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən "100 illik dostluq: Türkiyə - Amerika Birləşmiş Ştatları" adlı tədbirdə çıxışı zamanı deyib. "ABŞ ilə strateji münasibətlərimizi iqtisadi və ticarət əlaqələrindən ayrı düşünə bilmərik və düşünmürük də. İki müttəfiq arasında onsuz da heç olmamalı olan əngəlləri artıq geridə qoyaraq yeni təkan vermək istəyirik", - Ərdoğan bildirib. Onun sözlərinə görə, regionda və dünyada baş verən hadisələr - münaqişələr, savaşlar və böhranlar Türkiyə ilə ABŞ-nin yaxın dialoq qurmasını labüd edir.

Qeyd edək ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında iştirak üçün Nyu-Yorkda səfərdədir.