Ukrayna münaqişəsi hazırda nizamlanması ən çətin olan beynəlxalq münaqişədir.
“İki sahil” xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bildirib.
“Prezident Donald Tramp bildirib ki, Rusiya-Ukrayna müharibəsi böyük fərqlə nizamlanması ən çətin olan beynəlxalq münaqişədir”, – Vens deyib. ABŞ vitse-prezidenti problemin həllinin çətin olduğunu etiraf etməklə yanaşı, Tramp administrasiyasının bu istiqamətdə səylərini davam etdirdiyini bildirib.
Vens sentyabrın 22-də Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilməsi planlaşdırılan təmasın müəyyən irəliləyişə gətirib çıxara biləcəyinə ümid etdiyini də söyləyib. Tramp və Zelenski bundan əvvəl Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.
Ərdoğan: Ankara Liviyanın maraqlarına uyğun olmayan heç bir formula razı olmayacaq
Amerikanın ən böyük beş telekanalı Donald Trampın tədbirlərini işıqlandırmağı dayandırıb