Avstriya hakimiyyəti ekstremal istilər səbəbindən bu yay ikinci dəfə ən yüksək - "qırmızı" hava təhlükəsi səviyyəsi elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə «GeoSphere Austria» meteorologiya xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, ən yüksək temperatur ölkənin şərqində — Aşağı Avstriya, Burgenland federal torpaqlarında və Vyanada gözlənilir. Yaxın günlərdə orada havanın temperaturu +39 °C-yə qədər qalxacaq.
Bundan əvvəl «Financial Times» qəzeti anomaliı istilərin və onların ardınca baş verən meşə yanğınlarının Avropa ölkələrinə 3 milyard avrodan çox ziyan vurduğunu bildirmişdi.
Həmçinin «Bild» qəzeti Almaniyanın 109 şəhər və dairəsində kəskin su qıtlığı səbəbindən sudan həddindən artıq istifadəyə məhdudiyyətlərin tətbiq edildiyini yazmışdı.
"Reuters": ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya paketi hazırdır
Litva Parlamenti nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğv edilməsini bəyənib
BƏƏ prezidentinin müşaviri İran ətrafındakı münaqişənin uzana biləcəyini istisna etməyib