22 sentyabr 2026 10:37
74

BƏƏ prezidentinin müşaviri İran ətrafındakı münaqişənin uzana biləcəyini istisna etməyib

İran ətrafındakı münaqişə uzanacaq, lakin onun intensivliyi dəyişəcək.

“İki sahil” xəbər verir ki, bi sözləri "Al-Monitor" portalının təşkil etdiyi tədbirdə çıxış edən BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş bildirib.

Qarqaş əlavə edib ki, münaqişə indiki şəklində onun qarşısının alınması tədbirlərinin uğursuzluğunun nəticəsidir. ABŞ-ın İrana qarşı hərbi əməliyyatları başladıqdan sonra münaqişə genişlənib və "bölgədə daha miqyaslı müharibəyə" çevrilib, deyə BƏƏ liderinin müşaviri vurğulayıb. Qarqaş qeyd edib: "Bu, davam edəcək və mütləq indi olduğu kimi görünməyəcək bir münaqişədir".