ABŞ prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə qarşı bir təşkilat kimi tam sanksiya paketini artıq hazırlayıb və yaxın vaxtlarda onun tətbiq olunacağını elan etmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi iki mənbəyə istinadla məlumat yayıb.
Onların məlumatına görə, yekun qərar bu həftə qəbul oluna bilər. Agentliyin həmsöhbətləri dəqiqləşdiriblər ki, Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təşkilat kimi sanksiyalar tətbiq olunacağı təqdirdə, ABŞ vətəndaşlarına və şirkətlərinə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin xüsusi lisenziyası olmadan məhkəməyə pul vəsaitləri, mallar və xidmətlər təqdim etmək qadağan ediləcək.
Məhdudiyyətlər məhkəmənin fəaliyyətini, o cümlədən İT xidmətlərinin və sığortanın alınmasını, müstəntiqlərin işə götürülməsini və gündəlik maliyyə əməliyyatlarının aparılmasını xeyli çətinləşdirə bilər. Amerika vətəndaşlığına malik olan BQM-in onlarla əməkdaşının əməkhaqlarının ödənilməsi də təhlükə altına düşəcək.
Litva Parlamenti nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğv edilməsini bəyənib
BƏƏ prezidentinin müşaviri İran ətrafındakı münaqişənin uzana biləcəyini istisna etməyib