12 yanvar 2025 18:35
452

"Sabah" və "Şamaxı" arasında 3 hissəli oyun

Qış təlim-məşq toplanışı keçirən "Sabah" və "Şamaxı" klubları yoxlama oyununda qarşılaşıblar.

“İki sahil” xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matçda hərəsi 40 dəqiqədən ibarət üç hissə oynanılıb.

Yekun nəticədə "bayquşlar" 2:0 hesablı qələbəyə seviniblər.

"Sabah"ın heyətində Cesse Sekidika və Xəyal Əliyev fərqlənib.