12 yanvar 2025 18:27
434

"Qarabağ" yoxlama oyununda "Zirə"yə qalib gəlib

"Qarabağ" yoxlama oyununda "Zirə" ilə qarşılaşıb.

“İki sahil” xəbər verir ki, "Azersun Arena"da keçirilən qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 4:2.

Ağdam təmsilçisinin heyətində Aleksey Kaşuk, Davud Mənsumov, Bəhlul Mustafazadə və Redon Cica fərqləniblər.

Bakı klubunda isə Ruan Renato və Martina Junior rəqib qapısında yol tapıblar.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama görüşündə "Kəpəz"i 5:1, "Zirə" isə "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.